5.1.
“L” samiti ilə başlanan şəkilçilərin (-lı, -lıq, -lar, feil düzəldən -la, -lan, -laş və s.) qoşulduğu sözün son samitindən asılı olaraq şəkilçidəki “l” samiti tələffüzdə “d”, “r” və ya “n” samiti ilə əvəz olunur.
|
Düzgün yazılış |
Səhv yazılış |
|
oğlanlar |
oğlannar |
|
başlamaq |
başdamaq |
|
dumanlı |
dumannı |
|
buxarlanmaq |
buxarranmaq |
5.2.
Zərf düzəldən “-la” şəkilçisi, “ilə” bağlayıcısı və qoşması (eləcə də onların ixtisar forması olan -la, -lə) “-nan” kimi tələffüz olunur:
|
Düzgün yazılış |
Səhv yazılış |
|
qadınla |
qadınnan |
|
namusla |
namusnan |
|
səliqə ilə |
səliqəynən |
5.3.
İsmin çıxışlıq hal şəkilçisi (-dan, -dən) “m”, “n” samiti ilə bitən sözlərə qoşulduqda “nan” kimi tələffüz olunur:
|
Düzgün yazılış |
Səhv yazılış |
|
vaqondan |
vaqonnan |
|
babamdan |
babamnan |
5.4.
“A”, “ə” saiti ilə bitən sözlərə ismin yönlük hal şəkilçisi (-a, -ə, -ya, -yə) həmin saitlər “ı”, “i” kimi tələffüz olunur:
|
Düzgün yazılış |
Səhv yazılış |
|
baltaya |
baltıya |
|
dərəyə |
dəriyə |
5.5.
II şəxsdə olan feillərə keçmiş zaman şəkilçisi (-mış) artırıldıqda şəkilçinin son samiti (ş) düşə bilər: qaç-mı(ş)-san, gəl-mi(ş)-siniz.
5.6.
Keçmiş zaman (-ıb), gələcək zaman (-acaq) şəkilçisi qəbul etmiş feillər III şəxsin təkinə aid olanda çox zaman “–dır” şəkilçisiz işlənir: qaçıb(dır), gələcək(dir).
5.7.
İndiki və gələcək zaman şəkilçiləri qəbul etmiş feillərin sonundakı a, ə saitləri ı, i, u, ü kimi tələffüz olunur:
|
Düzgün yazılış |
Səhv yazılış |
|
yaşayır |
yaşıyır |
|
bəzəyir |
bəziyir |
|
yoxlayacaq |
yoxluyacax |
|
anlayar |
annıyar |
5.8.
III şəxsin cəmində işləndikdə -ır4 indiki zaman şəkilçisinin və -ar gələcək zaman şəkilçisinin samiti [l] kimi tələffüz olunur:
|
Düzgün yazılış |
Səhv yazılış |
|
qaçırlar |
qaçıllar |
|
baxarlar |
baxallar |
5.9.
II şəxsin cəmində feillərin yazılışı ilə tələffüzü fərqlənir:
|
Düzgün yazılış |
Səhv yazılış |
|
görürsünüz |
görürsüz |
|
qayıtdınız |
qayıtdız |
|
oxuyacaqsınız |
oxuyacaxsız |
|
gəlməzsiniz |
gəlməzsiz |
5.10.
-varı şəkilçisi bəzən səhv olaraq “vari” kimi yazılır.
|
Düzgün yazılış |
Səhv yazılış |
|
buynuzvarı |
buynuzvari |
|
qalxanvarı |
qalxanvari |
|
yüngülvarı |
yüngülvari |
