1.1 “O”, yoxsa “a”

Bir sıra alınma sözlərin tərkibindəki “o” saiti vurğulu hecadan əvvəl işlənəndə bəzən səhv olaraq “a” kimi yazılır:

Düzgün yazılış Səhv Yazılış
konsert kansert
poema paema
laborant labarant

1.2 “Ü”, yoxsa “yu”

Avropa mənşəli alınma sözlərdə “ü” saiti bəzən səhv olaraq “yu” kimi yazılır:

Düzgün yazılış

Səhv yazılış

büro

byuro

kompüter

kompyuter

alüminium

alyuminium

1.3. “Ü”, yoxsa “u”

Ərəb-fars mənşəli sözlərin birinci hecasındakı “ü” saiti bəzən səhv olaraq “u” kimi yazılır.

Doğru

Yanlış

mübahisə

mubahisə

müasir

muasir

nümunə

numunə

1.4. “İ”, yoxsa “ü”

Ərəb-fars mənşəli sözlərin sonuncu hecasındakı “i” saiti bəzən səhv olaraq “ü” kimi yazılır.

Doğru

Yanlış

müdir

müdür

ümid

ümüd

1.5. “Ə”, yoxsa “a”

Çoxhecalı ərəb-fars mənşəli sözlərdə bəzən “ə”“a” hərfləri səhv salınır.

Doğru

Yanlış

həyəcan

həyacan

təbaşir

tabaşir

salnamə

səlnamə

nəqərat

nəqarət

1.6. Qoşasaitli sözlər

Bəzi qoşasaitli sözlərdə səhv olaraq saitlərdən yalnız biri yazılır:

Düzgün yazılış

Səhv yazılış

müəllim

məllim

səadət

sadət

təəccüb

təccüb

 

Bir çox qoşasaitli sözlərin yazılışında bəzən yanaşı gələn saitlər arasına səhv olaraq “y” samiti əlavə olunur:

Düzgün yazılış

Səhv yazılış

daimi

dayimi

təbiət

təbiyət

teatr

tiyatr

 

Bəzi qoşasaitli mürəkkəb sözlərdə bəzən səhv olaraq birinci sözün son saiti yazılmır. 

Düzgün yazılış

Səhv yazılış

əmioğlu

əmoğlu

bacıoğlu

bacoğlu

əliaçıq

əlaçıq

1.7. “Ov”, “öv” hərf birləşmələri

Tərkibində “ov”,  “öv” hərf birləşmələri olan çoxhecalı sözlərdə bəzən bu hərf birləşmələri səhv olaraq “o”, “ö” və ya “ou”, “öü” kimi yazılır.

Düzgün yazılış

Səhv yazılış

dovşan

douşan

dovğa

doğa

tövbə

tö

1.8.

Rus dilində sonu “a” ilə bitən alınma sözlərdən aşağıdakılar “a”-sız yazılır: anket, aptek, armatur, atmosfer, vitrin, qəzet, idiom, kayut, kaset, kontor, konfet, lent, maşın, perspektiv, pyes, planet, reklam, sistem, sitat.

1.9.

Aşağıdakı sözlər ədəbi tələffüzdə olduğu kimi, iki heca ilə yazılır: qəbir, qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, şəkil, heyif, meyil, əsil, şeir, feil.

“Şeir” və “feil” istisna olmaqla bu sözlər saitlə başlanan hal və mənsubiyyət şəkilçiləri qəbul etdikdə söz kökündəki sonuncu sait düşür: ömür – ömrün, fikir – fikrə və s.

Qeyd: “əsl”, “əsil” sözü paronim sayılır: əsl – xalis, həqiqi, orijinal; əsil – nəsil, nəcabət, soy.