Sözlərin deyilişi və yazılışı

Yazıda orfoqrafiya normalarının pozulması çox zaman deyilişi və yazılışı fərqlənən sözlərdə müşahidə edilir. Bir sıra orfoqrafiya və orfoepiya normaları var ki, onları bilməklə sözlərin orfoqrafiyasında yol verilən tipik xətaların qarşısını almaq mümkündür. Aşağıda həmin qaydalar və bu qaydalarda mövcud olan istisnalar verilir. Bu qaydaların bir çoxu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan dilinin Orfoqrafiya Qaydaları” sənədində öz əksini tapmışdır.