2.1. Cingiltili samitlə bitən sözlərin yazılışı
Sözlərin sonunda gələn b, d, g, c, z cingiltili samitləri bəzən səhv olaraq özlərinin kar qarşılığı kimi (p, t, k, ç, s) yazılır.
|
Düzgün yazılış |
Səhv yazılış |
|
corab |
corap |
|
bulud |
bulut |
|
nəhəng |
nəhənk |
|
çəkic |
çəkiç |
|
almaz |
almas |
2.2. Qoşasamitli sözlərin yazılışı
Yanaşı gələn kar samitlərdən ikincisi bəzən səhv olaraq özünün cingiltili qarşılığı kimi yazılır:
|
Düzgün yazılış |
Səhv yazılış |
|
ixtira |
ixdira |
|
tappıltı |
tapbıltı |
|
bitki |
bitgi |
Qoşa “q” ilə yazılan sözlərdə bəzən bu samitlərdən birincisi səhv olaraq özünün kar qarşılığı (k) kimi yazılır:
|
Düzgün yazılış |
Səhv yazılış |
|
saqqal |
sakqal |
|
doqquz |
dokquz |
Qoşa “y” ilə yazılan sözlərin bir çoxu bəzən səhv olaraq bir “y” ilə yazılır:
|
Düzgün yazılış |
Səhv yazılış |
|
əhəmiyyət |
əhəmiyət |
|
xeyriyyə |
xeyriyə |
Bəzən isə, əksinə, bir “y” ilə yazılan sözlər səhv olaraq iki “y” ilə yazılır:
|
Düzgün yazılış |
Səhv yazılış |
|
ehtiyat |
ehtiyyat |
|
tövsiyə |
tövsiyyə |
Sözdə “n” samiti “b”, “m” samitlərindən əvvəl gəldikdə bəzən səhv olaraq “m” ilə yazılır:
|
Düzgün yazılış |
Səhv yazılış |
|
sünbül |
sümbül |
|
şənbə |
şəmbə |
|
tənbəl |
təmbəl |
|
anbar |
ambar |
Kombayn, kombinat, kömbə, pambıq sözlərində “m” samiti deyildiyi kimi yazılır.
2.3. Qoşa samitlə bitən sözlərin yazılışı
Qoşa samitlə bitən təkhecalı sözlərdə bəzən səhv olaraq qoşa samitlər arasında sait səsi bildirən hərf yazılır:
|
Düzgün yazılış |
Səhv yazılış |
|
hökm |
höküm |
|
üzr |
üzür |
|
dövr |
dövür |
Eynicinsli qoşa samitlə bitən təkhecalı sözlərə samitlə başlayan şəkilçi qoşulduqda söz kökündəki samitlərdən biri düşür:
|
Düzgün yazılış |
Səhv yazılış |
|
fənlər |
fənnlər |
|
xətsiz |
xəttsiz |
|
sirdaş |
sirrdaş |
2.4.
Bir sıra dillərdə sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər Azərbaycan dilində bir samitlə yazılır:
|
Düzgün yazılış |
Səhv yazılış |
|
ekspres |
ekspress |
|
kilovat |
kilovatt |
|
sərhəd |
sərhədd |
|
hüsnxət |
hüsnxətt |
|
kiloqram |
kiloqramm |
2.5.
Sonu -iy, -skiy ilə qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı “y” yazılmır:
|
Düzgün yazılış |
Səhv yazılış |
|
Qorki |
Qorkiy |
|
ssenari |
ssenariy |
|
profilaktori |
profilaktoriy |
|
sanatori |
sanatoriy |
2.6.
Rus dilində tərkibində “ц” (ts) olan ümumi isimlər “s” ilə yazılır:
|
Düzgün yazılış |
Səhv yazılış |
|
dosent |
dotsent |
|
konsert |
kontsert |
|
sement |
tsement |
|
lisey |
litsey |
Qeyd: Vitse sözü istisnadır.
2.7.
Xüsusi isimlərdə sözün əvvəlində “s”, sözün ortasında və axırında “ts” yazılır:
|
Düzgün yazılış |
Səhv yazılış |
|
Setkin |
Tsetkin |
|
Sialkovski |
Tsialkovski |
|
Motsart |
Mosart |
|
Muromets |
Muromes |
2.8.
Rus dilində tərkibində “щ” (şş) olan alınma sözlərin əvvəlində və axırında bir “ş”, sözün ortasında isə iki ş (şş) yazılır: Şedrin, Şerba, şotka, borş, Vereşşaqin, Quşşin, meşşan.
|
Düzgün yazılış |
Səhv yazılış |
|
Şedrin |
Şşedrin |
|
şotka |
şşotka |
|
Vereşşaqin |
Vereşaqin |
|
meşşan |
meşan |
2.9.
Rus dilində “г” (q) ilə yazılan əsli “h” samitli alınma sözlər “h” ilə yazılır: Heyne, hektar, Hegel, hegemon, hidrogen, himn, hospital, hotel.
|
Düzgün yazılış |
Səhv yazılış |
|
hektar |
qektar |
|
hidrogen |
qidrogen |
|
himn |
qimn |
|
hospital |
qospital |
2.10.
Rus dilində “г” (q) ilə yazılan bir çox alınma sözlər incə saitli hecalarda “g” ilə yazılır: biologiya, dialektologiya, genezis, agent, general, geologiya, gigiyena, gimnastika, gitara.
|
Düzgün yazılış |
Səhv yazılış |
|
gitara |
qitara |
|
agent |
aqent |
|
general |
qeneral |
|
gimnastika |
qimnastika |
